Çavuşoğlu Finlandiyanın xarici işlər naziri Haavisto ilə NATO-nun genişlənməsini müzakirə edib
Ucnoqta.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Twitter hesabında bildirib.
“Biz Finlandiyanın xarici işlər naziri ilə görüşdük. Biz NATO-nun genişlənməsini müzakirə etdik”, - deyə türkiyəli nazir bildirib.
Çavuşoğlu başqa təfərrüat açıqlamayıb.
O, fevral ayında Türkiyədə baş verən dağıdıcı zəlzələlərdən sonra göstərilən dəstəyə görə də minnətdarlığını bildirib.