Bakıda yaşayış binasında yanğın olub

12:34 - 17 Mart 2023 - HADİSƏ

Bakının Qaradağ rayonunda doqquzmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 49 m² olan 2 otaqlı mənzilin mətbəxinin lambirdən ibarət tavanı 6 m² sahədə yanıb.

Bu barədə Ucnoqta.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, paytaxtın Yüksək temperaturdan 1 ədəd soyuducu, 1 ədəd plastik qapı və 1 ədəd pəncərə çərçivəsi qarsalanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti