Polis əməkdaşlarının martın 16-da respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 63,8 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 24,1 kiloqramdan artıq heroin, 24,5 kiloqrama yaxın marixuana, 7 kiloqrama yaxın tiryək, 8,2 kiloqramdan çox metamfetamin və 18 ədəd yüksək təsiredici xassəyə malik həblər olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.