“Qarabağ” - “Qalatasaray” oyununa bilet satışı davam edir.
Ucnoqta.az Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, “Qarabağ” FK və Türkiyənin “Qalatasaray” klubları arasında xeyriyyə məqsədi ilə keçiriləcək qardaşlıq görüşünün biletləri bu gün satışa çıxarılıb. İlk gündə 42 500 bilet satılıb.
Biletlərin qiyməti müvafiq olaraq 3, 5, 30, 50 və 100 manat arasında dəyişir.
Qeyd edək ki, qardaşlıq oyunundan əldə olunacaq bütün gəlirlər Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.