Beynəlxalq Futbol Federasiyasının (FİFA) 2019-2022-ci illər dövrü üçün xalis gəliri 1,187 milyard dollar təşkil edib.
Ucnoqta.az xəbər verri ki, bu barədə FİFA Konqresinin Ruandanın paytaxtı Kiqalidə keçirilən iclasında bildirilib.
FİFA-nın 2019-cu ildən 2022-ci ilə kimi dövriyyə üzrə gəliri 7,568 milyard dollar təşkil edib.
Dünya çempionatının Qətərdə keçirildiyi 2022-ci ildə əldə olunan gəlir 5,769 milyard dollar təşkil edib ki, bu da Rusiyada dünya çempionatının keçirildiyi 2018-ci illə müqayisədə 24% çoxdur. FİFA-nın investisiyaları təşkilatın fəaliyyətinin bütün dövrü ərzində rekord həddə çatıb və 6,302 milyard dollar təşkil edib.
2022-ci ildə FİFA 3,404 milyard dollar xərcləyib. Bu məbləğin 59%-i Qətərdə dünya çempionatının təşkili və keçirilməsinə və təşkilatın digər tədbirlərinə sərf olunub. Təşkilatın 2022-ci ildə ehtiyatları 3,971 milyard dollar təşkil edib ki, bu da 2018-ci illə müqayisədə 45% çoxdur.
Emin