İnfantino yenidən FİFA prezidenti seçilib

13:04 - 16 Mart 2023 - İDMAN

Canni İnfantino yenidən Beynəlxalq Futbol Federasiyasının prezidenti seçilib

Ucnoqta.az xəbər verir ki, Canni İnfantino yenidən Beynəlxalq Futbol Federasiyasının (FİFA) prezidenti seçilib. Kiqalidə (Ruanda) keçirilən təşkilatın 73-cü Konqresində FİFA rəhbərinin seçkisi keçirilib. Bu vəzifəyə yeganə namizəd İnfantino idi. Səsvermə proseduru olmayıb, nümayəndələr alqışlarla təkrar seçkiyə dəstək veriblər.

İnfantinonun səlahiyyət müddəti 2027-ci ilə qədərdir.
İnfantinonun 52 yaşı var. İsveçrə və İtaliya vətəndaşlığı olan funksioner 2016-cı il fevralın 26-da qurumdakı korrupsiya qalmaqalı və onun əvvəlki prezidenti Yozef Blatterin vəzifəsindən vaxtından əvvəl istefa verməsindən sonra FİFA-ya rəhbərlik edib.

Qeyd edək ki, 2019-cu ilin iyununda İnfantino ikinci müddətə seçildi, seçkilər alternativsiz keçirildi.

Xəbər xətti