Bu il Azərbaycanda narkomanların İnsanın immun çatışmazlığı virusuna (İİV) yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur.
Ucnoqta.az xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının hesabatında məlumat verilib.
Qeyd edilib ki, ötən 2 ay ərzində İİV-ə 223 nəfər yoluxub. Onlardan 212 nəfəri Azərbaycan vətəndaşları, 11 nəfəri isə əcnəbilər olub. Azərbaycan vətəndaşları arasında 16 nəfərini (7,5 %-i) İnyekson Narkotik İstifadəçiləri təşkil edib.