Bakıda evdən televizor, mebel və həyət darvazası oğurlanıb

10:45 - 16 Mart 2023 - HADİSƏ

Paytaxtın Xəzər rayonunun Zirə qəsəbəsindəki evlərin birindən oğurluq edilməsi barədə polisə məlumat daxil olub.

Bu barədə Ucnoqta.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq araşdırma aparılıb və martın 5-dən 12-dək olan müddətdə həmin evdən 8000 manat dəyərində televizor, mebel və həyət darvazasının qeyri-aşkar şəraitdə oğurlanması məlum olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər də oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuşlar Nəcəfqulu Quliyev və Qurban Bayramov müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.

Xəbər xətti