Fransanın "PSJ"nin futbolçusu Lionel Messiyə Səudiyyə Ərəbistanında ildə 220 milyon avro ödəməyə hazırdırlar.
Ucnoqta.az xəbər verir ki, bu barədə Marca yazıb.
Bildirilir ki, argentinalını Səudiyyə Ərəbistanı çempionatından kluba transfer etmək üçün ölkə rəhbərliyi qanunlara yenidən baxmağa və maaş limitini artırmağa hazırdır. Argentinalı ölkənin ən titullu klubu olan “Əl-Hilal”a gedə bilər.
Daha əvvəl bildirilmişdi ki, “Qızıl top”un yeddiqat qalibi Messinin atası Xorxe "Əl-Hilall"a danışıqlar aparır və oğluna illik 300 milyon avro maaş və iki illik müqavilə tələb edir ki, bu da cəmi 600 milyon edir.
Xorxe Messi hesab edir ki, oğlu portuqaliyalıdan iki yaş kiçik olduğu üçün Ronaldodan ildə 100 milyon daha çox almalıdır.
Qeyd edək ki, Messinin PSJ ilə müqaviləsi 2023-cü ilin yayında başa çatır.