Bakıda yeniyetmə qız özünü 15-ci mərtəbədən atdı

16:32 - 15 Mart 2023 - HADİSƏ

Bakıda 16 yaşlı qız intihar edib.

Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, hadisə Xətai rayonu, Həsən Salmani küçəsində qeydə alınıb.

2007-ci il təvəllüdlü Sofiya Juravlyovanın yaşadığı binanın 15-ci mərtəbəsindən atdığı bildirilir.

Baş Prokurorluqdan faktı təsdiqləyiblər. Bildirilib ki, Xətai rayonu ərazisində 2007-ci il təvəllüdlü Sofiya Juravlyovanın yaşadığı binanın 15-ci mərtəbəsindən özünü ataraq intihar etməsi faktı ilə bağlı Xətai rayon prokurorluğunda araşdırma aparılır.

Xəbər xətti