"Fantastik oğlan, böyük istedad ..." - Qvardiola

08:49 - 15 Mart 2023 - İDMAN

"O, anadangəlmə qalibdir"

Ucnoqta.az BBC-yə istinadən xəbər verir ki, “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda norveçli hücumçu Erlinq Haalandın Almaniyanın “RB Leypsiq” klubu ilə cavab oyununda hazırladığı penta-trikdən emosiyalarını bölüşüb.

Norveçli futbolçunun vurduğu 5 qol “şəhərlilər”ə rəqibini 7:0 hesabı ilə məğlub edərək Çempionlar Liqasının 1/4 finalına yüksəlməyə kömək edib (iki görüş: 1:1, 7:0 İngiltərə klubunun xeyrinə).

“60 dəqiqədə beş qol! Fantastik oğlan, böyük istedad. Güc, mentalitet – o, anadangəlmə qalibdir, çox yaxşıdır”, - Qvardiola bildirib.

Halland oyunun 22-ci dəqiqəsində penaltini qola çevirməklə yanaşı, həm də dörd dəfə meydandan rəqib qapısına zərbə endirib.

Oyunun 63-cü dəqiqəsində Xosep Qvardiolanın məşqçilər korpusu futbolçunu Xulian Alvareslə əvəzləyib.

Xəbər xətti