Naxçıvanda yanğın, 3 polis tüstüdən zəhərlənib

00:00 - 15 Mart 2023 - HADİSƏ

Naxçıvan şəhərində yanğın baş verib.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, yanğın şəhərin Nəcməddin Naxçıvani küçəsində olub.
Yanğına Naxçıvan Muxtar Respublika Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə xidmətinin, eyni zamanda Daxili İşlər Nazirliyinin əməkdaşları cəlb edilib.

Yanğın zamanı 3 polis əməkdaşı zəhərlənib, vəziyyətləri sabitdir.

Artıq yanğın tam olaraq söndürülüb, soyutma işləri aparılır.

Hadisənin qarşısını almaq üçün 5 yanğınsöndürən maşın cəlb edilib.
Yanğın yaxınlıqdakı evlərə də keçib.

İlkin araşdırmalara görə, yanğına səbəb qısaqapanma olub.

Xəbər xətti