Sabirabadda avtomobil piyadanı vuraraq öldürüb

22:33 - 14 Mart 2023 - HADİSƏ

Sabirabadda yol qəzası baş verib.

APA-nın məlumatına görə, hadisə rayonun Cavad kəndində qeydə alınıb.

"VAZ 2106" markalı avtomobil Həsənalı kənd sakini, 1949-cu il təvəllüdlü Mirzəyev Səftəri vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti