Ayaşlı uşaq iki batareya udub

20:21 - 14 Mart 2023 - HADİSƏ

Sankt-Peterburqda uşaq iki batareyanı udaraq xəstəxanaya düşüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Nevski Nyus” fövqəladə hallar xidmətindəki mənbəyə istinadən məlumat yayıb.

Hadisə Svetlanovski prospektində baş verib. Hadisədən sonra iki yaşlı uşaq xəstəxanaya yerləşdirilib.

Hazırda həkimlər uşağın mədəsindən yad əşyaların necə çıxarılacağına dair müzakirə aparırlar.

Hadisənin hansı şəraitdə baş verdiyi məlum deyil.

Xəbər xətti