Tovuzdakı qəzada bir hərbçimiz ölüb, biri xəsarət alıb - FOTO

11:09 - 14 Mart 2023 - HADİSƏ

Tovuzda baş verən yol-nəqliyyat hadisəsi zamanı ölən və xəsarət alan şəxslər hərbçi olublar.

Oxu.Az-ın məlumatına görə, hadisə yerində dünyasının dəyişən 1985-ci il təvəllüdlü Elçin Yaqubəliyev və xəsarət alan Vüsal Kərimov Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin əməkdaşlarıdırlar. 

Baş çavuş Elçin Yaqubəliyev xidməti vəzifəsini yerinə yetirərkən onun idarə etdiyi avtomobillə “Mercedes-Benz” markalı avtomobil toqquşub.

Nəticədə E.Yaqubəliyev hadisə yerində ölüb, avtomobildə olan gizir Vüsal Kərimov isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.


Xəbər xətti