Müasir hündürlüyə tullanmanı ixtira edən Olimpiya çempionu vəfat edib
Ucnoqta.az xəbər verri ki,1968-ci ildə hündürlüyə tullanma üzrə Olimpiya çempionu Dik Fosberi 76 yaşında vəfat edib.
Fosburinin agenti Ray Schulte bildirib ki, “Mən çoxdankı dostum və müştərim Dik Fosberinin bazar günü səhər tezdən lenfoma xəstəliyinin residivi ilə qısa bir döyüşdən sonra yuxusunda vəfat etməsi xəbərini ürək ağrısı ilə bölüşmək məcburiyyətindəyəm”. .
Fosberi müasir hündürlüyə tullanma texnikasının ixtiraçısıdır.
Dik Fosberi Dünya Olimpiyaçılar Assosiasiyasının prezidenti və Monakoda yerləşən Sülh və İdman beynəlxalq sülhməramlı təşkilatının Çempionlar Klubunun üzvü idi.
Uşaq ikən Fosberi yüksək nəticələr göstərə bilməyib. Sonradan o, yeni tullanma üsulunu ixtira etdi. Yeni texnika idmançının şəxsi rekordunu əhəmiyyətli dərəcədə yaxşılaşdırmağa kömək etdi.
Mexikoda keçirilən Olimpiadada amerikalı 2,24 m nəticə göstərərək 19 yaşında olimpiya çempionu olub.
1968-ci il Olimpiadasından qısa müddət sonra Fosberi böyük idmandan təqaüdə çıxdı.