Gəncədə həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.
APA-nın əldə etdiyi xəbərə görə, qətli törətməkdə şübhəli bilinən Elşən Quliyev saxlanılaraq istintaqa təhvil edilib.
Baş Prokurorluğun mətbuat xidmətindən məlumatı təsdiq ediblər.
***
12.41
Prokurorluq Gəncədə baş verən qətl barədə məlumat yayıb.
Baş Prokurorluqdan Ucnoqta.az-a verilən məlumata görə, Gəncə şəhəri ərazisində üzərində xəsarətlər olan qadın meyitinin aşkar olunması barədə prokurorluğa məlumat daxil olub.
İlkin araşdırma zamanı zərərçəkmiş şəxsin 1980-ci il təvəllüdlü Yeganə Hümbətova olması müəyyən edilib.
Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb.
Təfərrüatlar barədə əlavə məlumat veriləcək.