Putin və Paşinyan Bakı, İrəvan və Moskva arasında üçtərəfli razılaşmaların icrasını müzakirə ediblər
Ucnoqta.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, Rusiya prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan Bakı, İrəvan və Moskva - Kreml arasında üçtərəfli sazişlərin icrasını müzakirə ediblər.
Rusiya lideri Qarabağla bağlı məsələlərin Rusiya Federasiyasının sülhməramlıları ilə sıx təmasda konstruktiv həllinin vacibliyini vurğulayıb.