Bakıda Xətai rayonu ərazisində “Volvo” markalı bir avtomobildən 3700 manat dəyərində gödəkcə, noutbuk və açar, Nərimanov rayonu ərazisində isə “Mercedes” markalı digər avtomobildən qeyri-aşkar şəraitdə noutbuk oğurlanması barədə polisə məlumatlar daxil olub.
Bu barədə Ucnoqta.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməllərində şübhəli bilinən Bakı şəhər sakini Fikrət Cəfərov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.