Qarabağın erməni ictimaiyyətinin nümayəndələri Bakıda görüşə dəvət edilib

11:24 - 13 Mart 2023 - SİYASƏT

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini reinteqrasiya ilə bağlı təmasların davam etdirilməsi, habelə Qarabağda infrastruktur layihələrinin reallaşdırılması məsələlərinin müzakirəsi üçün ikinci görüşə dəvət edir.

Bu barədə Ucnoqta.az-a Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından məlumat verilib.
Görüşün yaxın günlərdə Bakı şəhərində keçirilməsi təklif olunur.

Xəbər xətti