"Real Madrid" rəhbərliyi "PSJ"nin hücumçusu Killian Mbappenin klubuna mümkün transferi ilə bağlı vəziyyətdən təngə gəlib.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Marca” xəbər verir.
Məlumata görə, qarşıdan gələn yay transfer pəncərəsində Madrid klubu fransalı hücumçu üçün mübarizə aparmaq fikrində deyil. "Real Madrid" bu mövqeyə sadiqdir, ona görə ki, parislilər Mbappe üçün endirim etməyəcəklər, hətta fransız futbolçu komandadan getmək qərarına gəlsə belə. Həmçinin qeyd edilir ki, “Real Madrid” rəhbərliyi Mbappenin sözlərinə inanmır.
Ötən ilin mayında Mbappenin "PSJ" ilə 2025-ci ilə qədər nəzərdə tutulan yeni müqavilə imzaladığı məlum olub. Eyni zamanda, daha əvvəl futbolçunun artıq "Real Madrid"lə müqavilə imzaladığı bildirilirdi.