Türkiyənin Malatya vilayətində 4,5 bal gücündə zəlzələ olub.
Ucnoqta.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb.
Yeraltı təkanlar Malatya vilayətinin Pütürgə rayonunda baş verib.
Zəlzələ yerin 8 km dərinliyində qeydə alınıb.
Qeyd edək ki, bir saat əvvəl 4,7 bal gücündə yeraltı təkanlar baş vermişdi.