Xəbər verdiyimiz kimi Dövlət İmtahan Mərkəzi martın 5-də və 12-də tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirib
Ucnoqta.az xəbər verir ki, imtahanda iştirak edən şagirdlər imtahana düşən sualların çətin olduğunu iddia ediblər. Bu səbəbdən onlar psixoloji təsirə məruz qaldıqlarını qeyd ediblər.
Belə ki, Qəbələ rayonunda bir qrup şagird etiraz olaraq Qəbələ Rayon Təhsil şöbəsinin qarşısında toplaşaraq aksiya keçiriblər.
Onlar Azərbaycan dili fənnindən düşən test tapşırıqlarının həllinin çox vaxt apardığını bildiriblər.
Həmçinin Riyaziyyat fənnindən isə sualın tərtibatında səhvliyə yol verildiyi qeyd ediblər.
Qeyd edək ki, Ağdaş rayonunda da 11-ci sinif şagirdlər DİM-ə etiraz ediblər.