DİM imtahan keçirdi - Yenə NARAZILIQ - FOTO

16:19 - 12 Mart 2023 - ÖLKƏ İÇİ

DİM martın 12-də tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib. İlkin məlumatlara əsasən, 5 şagirddə və 1 nəzarətçi-müəllimdə mobil telefon, 1 nəfərdə isə “ağıllı” saat aşkarlanıb və araşdırma aparılması üçün imtahan qərargahına təhvil verilib.
Qeyd olunan halla bağlı araşdırılma davam edəcək.


Ucnoqta.az xəbər verir ki, bu barədə DİM məlumat yayıb. Qeyd edək ki, martın 5-də keçirilən imtahanda olduğu kimi bu gün keçirilən imtahan suallarında problemlər olub. Bu barədə sosial şəbəkə istifadəçilər yazıblar. Belə ki, DİM tərəfindən təqdim edilmiş Azərbaycan dili fənnində sualların mətnlərinin qarışıq və uzun olduğu qeyd edilir ki, bu da əlavə vaxt itkisinə səbəb olub. Həmçinin ötən imtahanda olduğu kimi bu dəfə də riyaziyyat fənnində bir sualın qoyuluşunda səhv olub. 

DİM isə sosial şəbəkə istifadəçilərinə bütün sualların orta məktəb proqramı səviyyəsində tərtib olunduğunu bildirib.
 


Xəbər xətti