"Krasnodar"ın yarımmüdafiəçisi Kadi Borxes Rusiya Premyer Liqasının (RPL) 19-cu turunun "Dinamo Moskva" ilə qarşılaşmasında komandasını irəli çıxarıb.
Ucnoqta.az xəbər verir ki, bir müddət əvvəl “Qarabağ”ın “Krasnodar”a satdığı yarımmüdafiəçi matçda dubl edib.
24 və 68-ci dəqiqələrdə qol vuran braziliyalı iki dəfə fərqlənib və görüşün sonunda əvəzlənib. Braziliyalı qarşılaşmanın ən yaxşı futbolçusu seçilib.