Sərnişin sürücünü bıçaqla hədələyərək pulunu aldı

11:46 - 11 Mart 2023 - HADİSƏ

Bakıda quldurluq olub.

DİN-dən Ucnoqta.az-a verilən məlumata görə, martın 4-də saat 23 radələrində Xəzər rayonunun Şüvəlan qəsəbəsi ərazisində “Toyota Prius” markalı bir avtomobildə sürücünün sərnişini tərəfindən bıçaqla hədələnərək quldurluq yolu ilə pulunun talanması barədə polisə məlumat daxil olub.

Xəzər RPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Tərlan Qasımov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Xəbər xətti