Naxçıvanda “Mercedes” aşıb - xəsarət alan var

09:49 - 11 Mart 2023 - HADİSƏ

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Siyaqut kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi, xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Bu barədə FHN-dən bildirilib. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğın Təhlükəsizlik İdarəsinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes” markalı minik avtomobili yol kənarına aşıb, 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində vətəndaş müxtəlif xəsarətlərlə zədələnmiş minik avtomobilindən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.

Xəbər xətti