Bakıda silahlı insidenti törətməkdə şübhəli bilinən şəxs saxlanıldı - YENİLƏNİB 3

15:36 - 10 Mart 2023 - HADİSƏ

Nəsimi rayonu, Səməd Vurğun küçəsində baş vermiş silahlı insidenti törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Bu barədə Ucnoqta.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

15:24

Nəsimi rayonu, Səməd Vurğun küçəsində baş vermiş silahlı insidentlə bağlı hazırda Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin əməkdaşları hadisə yerindədirlər.

Ucnoqta.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

“İctimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcəkdir. Rəsmi qurumun açıqlamasını gözləmək xahiş olunur”, məlumatda deyilir.

15:08

Bakıda silahlı insidentlə bağlı yeni məlumat üzə çıxıb. 

Ucnoqta.az xəbər verir ki, oxu.az-ın əldə etdiyi məlumata görə, yaralananlardan ikisi təxminən 20-25 yaşlarında olan oğlandır. Onların hər ikisi ayaq nahiyəsindən güllə yarası alıb. 

Yaralılar təcili tibbi yardım avtomobili ilə Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdiriliblər. 

TƏBİB-dən verilən məlumata görə, baş verən hadisə ilə əlaqədar Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları əraziyə cəlb edilib.

14:52

Bakıda atışma olub.

APA xəbər verir ki, hadisə Bakı Dövlət Sirkinin yaxınlığında qeydə alınıb.

Silahlı insidentlə bağlı əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Hadisə nəticəsində 3 nəfərin xəsarət aldığı bildirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, araşdırma aparılır.

Xəbər xətti