Bakı həbsxanasında 3 məhkum öldü

14:41 - 10 Mart 2023 - HADİSƏ

Bakıda daha 3 məhkum həbsdə ölüb. 

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Penitensiar Xidmətin Bakıdakı müalicə müəssisəsində qeydə alınıb. 

Orada saxlanılan məhkumlar - Vəli Heydər oğlu Əliyev, Ceyhun Əlihüseyn oğlu Şixəliyev və Nazim Kazım oğlu Yaqubov dünyasını dəyişiblər. 

Hər üç məhkumun xəstəlikdən öldüyü bildirilir. 
Xatırladaq ki, mart ayının 2-si də Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisələrindən birində ölüm faktı qeydə alınmışdı. Belə ki, orada saxlanılan Bəhruz Tofiq oğlu Rüstəmov və Elçin Rza oğlu Vəliyevin xəstəlik səbəbindən vəfat etmişdi.

Xəbər xətti