İşğaldan azad edilmiş ərazilərin bərpası çərçivəsində müxtəlif sosial və nəqliyyat obyektlərinin tikintisi, yol və kommunikasiya infrastrukturu yaradılır.
"APA-Economics” xəbər verir ki, bu barədə Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən "Enerji təminatı məsələləri" üzrə İşçi Qrupunun iclası Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev bildirib.
Onun sözlərinə görə, Zəngilanda tikilən modul tipli xəstəxananın tikintisi 90%, Cabrayılda orta məktəbin tikintisi 32% yerinə yetirilib. Zəngilan Beynəlxalq Hava Limanı tikilib və istifadəyə verilib.
Vahid Hacıyev qeyd edib ki, “Horadiz-Ağbənd” dəmir yolunun tikintisi çərçivəsində işlər 48%, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun tikintisi 68%, Cəbrayıl-Şükürbəyli-Hadrut avtomobil yolunun tikintisi 70%, Qubadlı-Eyvazlı avtomobil yolunun tikintisi isə 40% yerinə yetirilib.
Vahid Əhmədov onu da əlavə edib ki, regionda yaşıl enerjinin inkişafı üçün böyük potensial var və bu istiqamətdə işlər aparılır.