Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində yerləşən marketlərdən birinin anbarındakı seyfdən 11.200 manatın qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Ucnoqta.az-a verilən xəbərə görə, Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini Fizuli Əliyev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.