Rusiyada qadın kişiyə 60-dan çox bıçaq zərbəsi vurub

17:07 - 9 Mart 2023 - HADİSƏ

Rusiyada qadın ərini öldürüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Moskva İstintaq Komitəsinin mətbuat xidməti məlumat verib. Məlumata görə, qadın ailə münaqişəsi zamanı vətəndaş nikahında olduğu kişiyə 60-dan çox bıçaq xəsarəti yetirib.

Müstəntiqlər 49 yaşlı şəhər sakininə qarşı cinayət işi açıblar. O, 57 yaşlı partnyorunu öldürməkdə ittiham olunur.

Qeyd olunur ki, martın 7-də Yujnı Butovo şəhərindəki yaşayış binasında müstəntiqlər bədən, baş və boyun nahiyəsində altmışdan çox bıçaq yarası olan kişi meyitini tapıblar.

Qətldə əli olmaqda şübhəli bilinərən mərhumun 49 yaşlı arvadı saxlanılıb. Bildirilir ki, qadın artıq oxşar cinayətə görə məhkum olunub.

Şübhəli şəxs törətdiyi cinayəti etiraf edib və dindirmə zamanı zərərçəkmişlə ailə münaqişəsi səbəbindən etdiyini bildirib. 

Faktla bağlı istintaq davam edir.

Xəbər xətti