Bakıda bir ailənin 3 üzvü dəm qazından boğularaq ölüb

09:03 - 9 Mart 2023 - HADİSƏ

Bakıda kişi, oğlu və gəlini dəm qazından boğularaq ölüb.

Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu Sulutəpə qəsəbəsində qeydə alınıb.

Orada yaşayan, 1967-ci il təvəllüdlü Rafiq Əliyev, oğlu 1999-cu il təvəllüdlü Elvin Əliyev və gəlini, 2005-ci il təvəllüdlü Aysu Mirzəliyeva dəm qazından boğularaq ölüb.

Araşdırma aparılır.

Xəbər xətti