Futbol üzrə Argentina milli komandasının baş məşqçisi Lionel Skaloni 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatında ən çətin rəqibin adını açıqlayıb.
Ucnoqta.az xəbər verir ki, Skaloni Avstraliya ilə oyunu ən çətin adlandırıb.
“Ən çətin oyun pley-off mərhələsinin əvvəlində Avstraliya ilə oldu. Onların itirəcək heç nələri yox idi " - deyə Skaloni deyib.
Xatırladaq ki, Dünya çempionatının 1/8 final mərhələsinin oyununda Argentina Avstraliyaya 2:1 hesabı ilə qalib gəlib.