İstanbulda Rusiya bayrağı altında üzən balıqçı gəmisi yanıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Milliyet” qəzeti məlumat yayıb.
Yanğın şəhərin şərqindəki Tuzla rayonundakı gəmiqayırma zavodunda təmir olunan Rusiya bayrağı altında 120 metr uzunluğunda balıqçı gəmisində saat 19.00 radələrində baş verib.
Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.
Gəmi heyəti təxliyə edilib.