Kolumbiyada 28 qız məktəbdə seansdan sonra huşunu itirib

19:40 - 8 Mart 2023 - HADİSƏ

Kolumbiyada 28 qız məktəbdə seansdan sonra huşunu itirib

Ucnoqta.az xəbər verir ki, bu barədə Daily Star yazıb. Məlumata görə, Kolumbiyada 28 məktəbli qız təhsil müəssisəsində seans keçirdikdən sonra huşunu itirərək xəstəxanaya yerləşdirilib.

Belə ki, şagirdlər özünü pis hiss edib və huşunu itirib. Təhsil müəssisəsinin rəhbərliyi həkimlərin köməyinə müraciət etmək qərarına gəlib, nəticədə qızlar xəstəxanaya aparılıb. Onların valideynləri hesab edirlər ki, məktəbli qızların səhhətinin pis olması seans üçün lövhədən istifadə etməsi ilə bağlıdır, çünki hadisədən bir qədər əvvəl qızlar məktəbdə ondan istifadə edirdilər. Analardan biri hesab edir ki, kütləvi xəstəxanaya yerləşdirilməsinə səbəb uşaqların pis qidalanması ola bilər.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisəni araşdırır.

Xəbər xətti