Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov Çexiyada oğurlanan Zazu adlı atın ən azı 10 milyon dollar dəyərində olduğunu bildirib.
Ucnoqta.az xəbər verir ki, bu barədə region rəhbəri özünün Telegram kanalında məlumat verib.
"Həmçinin qeyd edim ki, mənim atımın qiymətini azaltmasınlar. Mətbuat yazır ki, onun qiyməti 18 min dollardır. Bu yəqin ki, hansısa maliyyə maxinasiyası ilə bağlıdır. Təmiz Zazunun qiyməti ən azı 10 milyon dollardır”, - Kadırov yazıb.
Kadırov əlavə edib ki, hələ 2014-cü ildə Zazu ona qarşı “sanksiyaların ilk qurbanı” olub.
"Saf cins at demokratik Qərb tərəfindən bu ilk dəhşətli zərbəni öz üzərinə götürdü" - deyə Çeçenistan rəhbəri yazıb.