Azərbaycanda ər arvadını bıçaqladı

08:46 - 8 Mart 2023 - HADİSƏ

Görədil qəsəbəsində ailə-məişət zəminində dava düşüb.

Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, hadisə Görədil qəsəbəsində yerləşən fərdi yaşayış evində baş verib.

1969-cu il təvəllüdlü Dadaşova Elmira Tofiq qızı həyat yoldaşı ilə mübahisə zamanı bıçaqlanıb. Yaralı ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti