Bakıda azyaşlılar arasında dava düşüb, bıçaqlanan var

08:17 - 8 Mart 2023 - HADİSƏ

Bakının Nərimanov rayonunda azyaşlı bıçaqlanıb.

Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, hadisə Təbriz küçəsində baş verib.

Belə ki, 2009-cu il təvəllüdlü Ağakişiyev Nihat Murad oğlu həmyaşdları ilə mübahisə zamanı ayağından bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Fakt Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırılır.

Xəbər xətti