Güclü külək Göyçayda problemlər yaradıb

23:31 - 7 Mart 2023 - ÖLKƏ İÇİ

Göyçayda əsən güclü külək su və elektrik təchizatında problemlər yaradıb.

Ucnoqta.az xəbər verir ki, Göyçay Elektrik Şəbəkəsi rayonda külək əsməyə başlayan kimi küçələrdəki elektrik naqillərinin ağaclara toxunacağından və qısaqapanmadan transformatorların yanacağını nəzərə alaraq eletrik enerjisinin verilişini dayandırıb.

Güclü külək səbəbindən Göyçay şəhərinə və kəndlərə içməli su ilə təmin edən artezianların və su anbarlarının olduğu əraziyə elektrik enerjisinin verilişi təxminən 15 saatdır ki, dayandırılıb. Hazırda artezianlar işləmir, su anbarları boş olduğu üçün əhaliyə içməli su verilişi dayanıb.

Göyçay Rayon İcra Hakimiyyətinin şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Seymur Soltanov "Report"a bildirib ki, hazırda şəhər ərazisində elektrik enerjisinin verilişi nisbətən bərpa olunsa da, içməli su hələ də yoxdur. İcra nümayəndəsi əlavə edib ki, içməli suyun verilməsi ilə bağlı işlər davam etdirilir və su təchizatı sabah günün ikinci yarısında bərpa ediləcək.

Xəbər xətti