"Trabzonspor"un baş məşqçisi Abdullah Avcı istefa verib.
Ucnoqta.az xəbər verir ki, təcrübəli məşqçi axşam saatlarında ediləcək yazılı açıqlama ilə istefasını açıqlayacaq.
Abdullah Avcının Əhməd Ağaoğlunun prezidentlikdən getməsindən sonra qurultayda yeni rəhbərliyin seçilməsinə zəmin yaratmaq üçün bu istiqamətdə qərar verdiyi öyrənilib. Qərarın klub tərəfindən rəsmən açıqlanması gözlənilir.