Hindistanda ata oğlunun arvadını qaçırdı

16:50 - 7 Mart 2023 - MARAQLI

Hindistan sakini öz atası arvadı ilə qaçdıqdan sonra polisə müraciət edib.

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki Pavan Vairagi adlı şəxs atasını arvadına aşiq olmaqda və onu ailədən uzaqlaşdırmaqda günahlandırır. Cütlük kişini altı aylıq qızı ilə tək qoyaraq qaçıb. Bundan əlavə, sevgililər hindlini nəqliyyatsız qoyub, kişinin velosipedini də özləri ilə aparıblar.

Vairagi atasını digər qanunsuz hərəkətlərdə də ittiham edib. Mətbuatla görüşdə zərərçəkmiş valideyndən şikayət etdiyini təsdiqləyərək həyat yoldaşını günahsız hesab etdiyini bildirib. O, polisi də onun işinə ciddi yanaşmadığına görə tənqid edib.

Səlahiyyətlilər itkin düşmüş cütlüyün tapılması üçün axtarış elan ediblər.

Xəbər xətti