NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin görüşü aprelin 4-ü və 5-də alyansın Brüsseldəki mənzil-qərargahında keçiriləcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə qurumun saytında məlumat verilib.
Qeyd edilir ki, iclasa NATO-nun baş katibi Yens Stoltenberq sədrlik edəcək.
İclasda hansı mövzuların müzakirə barədə məlumat verilmir.
Bundan əvvəl Almaniya kansleri Olaf Şolzun ABŞ prezidenti Co Baydenlə görüşmək üçün Vaşinqtona getdiyi bildirilirdi.