Ucnoqta.az
www.ucnoqta.az

Brüsseldə NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin görüşü keçiriləcək

15:52 - 7 Mart 2023 tarixində dərc olunub.

NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin görüşü aprelin 4-ü və 5-də alyansın Brüsseldəki mənzil-qərargahında keçiriləcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə qurumun saytında məlumat verilib.
Qeyd edilir ki, iclasa NATO-nun baş katibi Yens Stoltenberq sədrlik edəcək.
İclasda hansı mövzuların müzakirə barədə məlumat verilmir.

Bundan əvvəl Almaniya kansleri Olaf Şolzun ABŞ prezidenti Co Baydenlə görüşmək üçün Vaşinqtona getdiyi bildirilirdi.

Müəllif: Ucnoqta.az redaksiyası