Azərbaycanda idmançıları daşıyan avtobus qəzaya düşdü: YARALILAR VAR - FOTO (YENİLƏNİB)

15:27 - 7 Mart 2023 - HADİSƏ

Azərbaycanda futbol klubunun avtobusu qəzaya düşüb, 2 nəfər xəsarət alıb.

Bu barədə Ucnoqta.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, bu gün saat 12 radələrində Muğanlı-İsmayıllı avtomobil yolunun Ağsu rayonu ərazisindən keçən hissəsində “Mercedes” markalı avtobusla yük avtomobili toqquşub. Nəticədə yük avtomobilinin sürücüsü Əflatun Məmmədov və avtobusun sərnişini Zaur Qarayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı araşdırma aparılır.

14:27

Muğanlı-İsmayıllı yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Ucnoqta.az "Unikal"a istinadən xəbər verir ki, hadisə bu gün saat 13:30 radələrində Muğanlı-İsmayıllı yolunun Ağsunun Sanqalan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. İdmançıları daşıyan sərnişin avtobusu "Mack" markalı yük avtomobili ilə toqquşub. Hadisə zamanı 3 nəfər xəsarət alıb. Yaralılar Şamaxı və İsmayıllı rayon mərkəzi xəstəxanalarına aparılıb. Onların futbolçu olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır. 


Xəbər xətti