Bakıda qaraj yanıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar nazirliyi məlumat yayıb.
Məlumata görə, Xəzər rayonunda həyətyanı sahədə tikilən ümumi sahəsi 50 m² olan qarajın yanar konstruksiyaları 25 m² sahədə yanıb.
Qarajın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.