"Rasinq"in 21 yaşlı futbolçusu Abidjan Silla Mustafa Kot-d'İvuarda keçirilən oyundan sonra dünyasını dəyişib.
Ucnoqta.az xəbər verir ki, bu barədə TMW məlumat yayıb.
Məlumata görə, idmançı martın 5-də dünyasını dəyişib. Matç zamanı o, özünü pis hiss edib və huşunu itirib. Klub prezidenti Loqossina Sisse Mustafanın xəstəxanaya aparılarkən yolda dünyasını dəyişdiyini bildirib. Onun 21 yaşı var idi.
Hadisədən sonra məşhur keçmiş Kot-Divuarlı futbolçu Didye Droqba Tvitter hesabında yerli liqanı tənqid edib.
O, qeyd edib ki, ölkədə idman təbabəti işləmir.