AZENN şirkəti yeni məhsullarını təqdim etdi - FOTO

19:19 - 6 Mart 2023 - Xəbər

Bakıda otel tədarükçülərinin iştirakı ilə xüsusi tədbir keçirilib.

Manset.az-ın məlumatına görə, AZENN şirkəti turizm mövsümin başlandığını nəzərə alaraq yeni məhsullarını Azərbaycandakı otellərə təqdim edib.
Tədbirə xaricdən gələn nüfuzlu iş adamları, Milli Məclisin deputatları, Azərbaycan Turizm Asossiyasiyasının rəsmi nümayəndəsi qatılıb.

Tədbiri giriş sözü ilə açan AZENN şirkətinin direktoru Arzuman Axundov qonaqları salamlayıb. O, bildirib ki, bu gün Azərbaycanda turizm sahəsinə böyük diqqət var. Sonra şirkətin direktoru yeni məhsullar barədə iştirakçılara ətraflı məlumat verib.

Tədbirdə çıxış edən millət vəkili Aydın Hüseynov qeyd edib ki, belə tədbirlərin keçirilməsi turizm sahəsinin inkişafına təkan verir. O, bildirib ki, tədqim edilən məhsullar çox keyfiyyətlidir və dünyanın nüfuzlu otellərində istifadə edilir.

Millət vəkili Vüqar İskəndərov isə çıxışında vurğulayıb ki, Azərbaycanın bütün regionlarında və Bakıda müasir otellər istifadəyə verilir, turizm sahəsi inkişaf etdirilir.

Deputat əlavə edib ki, təqdim edilən məhsullar yüksək keyfiyyətli olduğu üçün ancaq beş ulduzlu otellərdə istifadə edilməyə layiqdir.

Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov bildirib ki, AZENN şirkətinin məhsulları çox keyfiyyətli məhsullardır. Güman edirəm ki, Azərbaycanda yaxın müddətdə bütün tanınmış otellər AZENN şirkətinin məhsullarından istifadə edəcək.

Sonra “Dk Tekstil”, “İSM minibar”, “Otel ürünleri”, “Sabah Yatakları” və “Yıldız Şemsiye” şirkətlərinin məhsulları nümayiş etdirilib.


Xəbər xətti