Bu gündən IX siniflərin yerdəyişməsi dayandırıldı

19:08 - 6 Mart 2023 - Cəmiyyət

Bu gün saat 17:00-dan etibarən 2022-2023-cü tədris ili üzrə IX sinif şagirdlərinin yerdəyişməsi dayandırılıb.

Bu barədə Ucnoqta.az-a Elm və Təhsil Nazirliyindən xəbər verilib.

Qeyd edək ki, fevralın 21-dən 2022-2023-cü tədris ilinin II yarımili üzrə şagirdlərin yerdəyişməsi prosesi aktivləşdirilib. Yerdəyişmə prosesi sy.edu.az portalı üzərindən həyata keçirilir.

Xəbər xətti