Rusiya prezidenti Vladimir Putin iranlı həmkarı İbrahim Rəisi ilə telefonla danışıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Kremlin saytında məlumat verilib.
Məlumata görə, hər iki tərəf Rusiya-İran münasibətlərinin inkişaf səviyyəsini və dinamikasını müsbət qiymətləndirib. Bundan əlavə, Putin və Raisi müxtəlif sahələrdə, o cümlədən birgə infrastruktur layihələrinin həyata keçirilməsində ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib, həmçinin gələcək əlaqələri davam etdirmək barədə razılığa gəliblər.